sedanews.az
sedanews.az

Azərbaycanda İƏT-in Zirvə görüşü keçiriləcək

14-05-2025, 12:40


Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünə ev sahibliyi edəcək. 
sedanevs.az report-a istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən "Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar" mövzusunda müzakirədə deyib.
Onun sözlərinə görə, qarşıdakı dövrdə Azərbaycan üçün mühüm tədbirlər gündəmdədir:
"Sonrakı iki ildə Azərbaycanın İƏT-ə sədrliyi reallaşacaq. Eyni zamanda Qlobal Şəhərsalma Forumu və s. tədbirlərin də Bakıda keçirilməsi gözlənilir. Bu tədbirlər Azərbaycanın önəmini artıracaq faktorlardır".
Y.Rəfiyev həmçinin bildirib ki, 2030-cu ilədək dünyanın ən böyük iqtisadiyyatına sahib dörd dövlətdən üçünün Qlobal Cənub ölkəsi olacağı proqnozlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA