Deputadan TƏKLİF: "Üç və daha çox uşağı olanlar beş il tez güzəştlə pensiyaya çıxsınlar"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı pensiyaya tez çıxmaq və güzəştli şərtlərlə pensiyadan danışılıb. Bu barədə deputat Əli Məsimli danışıb.
O bildirib ki, 5 il tez pensiyaya çıxmaq güzəşti 5 və ondan artıq uşağı olan analara verilib:
"Gənc ailələrdə 5 və ondan artıq uşaq çox nadir hadisədir. Təklif edirəm ki, 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər olunsun". (Oxu.az)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: