sedanews.az
sedanews.az

Xocalının və Ağdərənin kəndlərinə növbəti köç karvanı yola düşdü

Bugün, 12:21



  Xocalı rayonunun Daşbulaq və Badara, həmçinin Ağdərə rayonunun Vəngli kəndlərinə növbəti köç karvanları yola salınıb.
  Bu mərhələdə Daşbulağa 9 ailə (31 nəfər), Badaraya 6 ailə (19 nəfər), Vəngliyə isə 11 ailə (45 nəfər) köçürülür.
Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
  Bununla da Daşbulaq kəndinə qayıdan ailələrin sayı 30-a (122 nəfər), Badaraya köçürülən ailələrin sayı 37-yə (136 nəfər), Vəngliyə qayıdan ailələrin sayı isə 96-ya (374 nəfər) çatacaq. (REAL)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA