Şəhidlik – Vətənə Ən Uca Sevgi
“Unudulmayanlar – Şəhidlərimizin xatirəsi”
Şəhidlik – bu, yalnız bir söz deyil, bu, ən böyük məhəbbət, ən ali fədakarlıqdır. Ölkəsinin, torpağının, azadlığının keşiyində duranların taleyidir. Şəhidlərimiz canlarını Vətən yolunda qurban verərək, bizə sabahın işıqlı günlərini, azad və müstəqil bir ölkəni miras qoyublar. Onların qanı ilə yazılan qəhrəmanlıq dastanları həm də gələcək nəsillərə örnəkdir.
Hər bir şəhidin həyat hekayəsi və şəhadət günü bizim üçün müqəddəsdir. Onlar əbədi yaşamağa layiqdirlər, onların xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Şəhidlik – xalqın, millətin varlığının, azadlığının qoruyucusudur.
Bu rubrikada biz Şəhidlərimizin doğum günlərini, şəhadət tarixlərini xatırlayacaq, onların fədakarlığını daim yad edəcəyik. Onların keçdiyi yol gənc nəsil üçün müqəddəs bir örnəkdir.
Azərbaycanın Milli Qəhrəmanı Ələbbas İsgəndərov
Ələbbas İsgəndərov 20 noyabr 1958 ci il, Ağdam rayonu, Kürdlar kəndində dünyaya göz açıb. Şəhid Ələbbas Əsgərov Azərbaycanımızın qəhrəman övladlarından biridir. O, 1991‑ci ildə könüllü olaraq Ağdam rayonu özünümüdafiə batalyonuna qoşulub, və torpaqlarımızın müdafiəsində igidliklə döyüşərək 4 mart 1992 ci il, Ağdam rayonu, Qazançı kəndində şəhidlik zirvəsinə yüksəldi. Şəhid Ələbbasın həyat və fəaliyyəti, onun vətənə bağlılığı və fədakarlığı gənc nəsil üçün örnəkdir.
Ələbbas Əsgərov doğma torpaqlarımızın azadlığı uğrunda canını fəda edərək əbədi olaraq xalqımızın qəlbində yaşayır. Onun şəhidliyi Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda verilən mübarizənin ən ali simvollarından biridir. Şəhid olduqdan sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Şəhid Ələbbas Isgəndərovun xatirəsi hər zaman böyük ehtiramla yad edilir, onun qəhrəmanlığı gələcək nəsillərə Vətən sevgisinin, mərdlik və şücaətin simvolu kimi ötürülür.
Allah rəhmət eləsin, ruhu şad olsun!
Sedanews.az
Arzu Tofiqqızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: