sedanews.az
sedanews.az

Azərbaycanda 55 min nəfərin parolu ələ keçirilib - XƏBƏRDARLIQ

21-11-2025, 14:53


ETX ölkə üzrə kibertəhlükəsizlik barədə xəbərdarlıq edib.
 Elektron Təhlükəsizlik Xidməti (ETX) bəzi informasiya sistemlərini hədəf alan və istifadəçi giriş məlumatlarını oğurlayan "infostealer" tipli zərərli proqramın fəaliyyəti ilə bağlı araşdırma aparıb.
 İlkin təhlillərə görə, ölkədə 859 kompüter bu zərərli proqram təminatına yoluxub və onlardan 54 924 istifadəçi adı və şifrə ələ keçirilib.
ETX hazırda məlumatları analiz edir, potensial qurbanları müəyyənləşdirir və zərərin aradan qaldırılması üçün metodoloji dəstək göstərir. Əldə olunan göstəricilər operativ şəkildə aidiyyəti qurumlara təqdim ediləcək.
 Xidmət bütün təşkilatları və vətəndaşları kibertəhlükəsizlik tədbirlərini gücləndirməyə çağırır.
 Şübhəli fəaliyyətlər aşkar edildikdə 1654 "Qaynar xətt" və ya info@cert.az ünvanına məlumat verilməsi tövsiyə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA