sedanews.az
sedanews.az

Regional Su Meliorasiya Xidmətinə icrası məcburi göstəriş verildi

Bugün, 11:25



  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə uyğunsuzluğun aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.
 Agentlikdən Teleqraf-a verilən məlumata görə, işə baxılma prosesində təbii inhisar subyekti olan “Regional Su Meliorasiya Xidməti” PHŞ tərəfindən Biləsuvar rayonu ərazisində su təchizatı ilə bağlı həyata keçirilən müəyyən inzibati və texniki məsələlərin sahə üzrə qanunvericilik tələblərinə uyğun daha sistemli şəkildə icra olunmasının vacibliyi və uyğunsuzluğun nəticələrinin aradan qaldırılmasına ehtiyac olduğu müəyyən edilib.
  Bu xüsusda Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin müvafiq müddəaları nəzərə alınmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə bütün ölkə ərazisində, o cümlədən Biləsuvar rayonunda su təchizatının qanunvericiliyə uyğun təşkili, suyun satışı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərin tətbiqi, istehlakçıların mənafeyinin qorunması və göstərilən xidmətlərin təsdiq olunmuş keyfiyyət normalarına uyğunlaşdırılması ilə bağlı icrası məcburi olan göstəriş verilib.
  Göstəriş çərçivəsində su təchizatının dayanıqlılığının artırılması, abonentlərlə işin daha şəffaf aparılması, müvafiq tariflərin düzgün tətbiqi, həmçinin texniki infrastrukturun mərhələli şəkildə təkmilləşdirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA