sedanews.az
sedanews.az

Təbiətin saxta gözəlliyi – Geni dəyişdirilmiş meyvə-tərəvəzin gizli təhlükəsi...

8-12-2025, 11:56


  Müasir dövrdə marketlərdə göz oxşayan parlaq, iri, çürüməyən meyvə-tərəvəzi gördükcə insan düşünür: bu nə qədər gözəldir! Amma bir anlıq düşünək: təbiət bu qədər “qüsursuz” ola bilərmi? Bu meyvə-tərəvəzin bir çoxu genetik modifikasiya olunmuş (GMO) məhsullardır və bu zahiri gözəlliyin arxasında ciddi təhlükələr gizlənir.
  GMO – genetik modifikasiya olunmuş orqanizmlər deməkdir. Meyvələrin və digər bitkilərin genləri laboratoriyada dəyişdirilir ki, məhsuldarlığı artsın, zərərvericilərə davamlı olsun, uzun müddət xarab olmasın. Bəzən başqa növlərdən genlər əlavə edilir.

   Meyvə-tərəvəzin dəyişdirilmə səbəbləri isə əsas bunlardır:
 Daha iri və parlaq olması üçün.  
 Xarab olmadan daha uzun müddət saxlanması üçün.  
 Pestisid və zərərvericilərə davamlı olması üçün.  
 Çox məhsul verməsi üçün.
 Təbii meyvələr isə bəzən ləkəli, qeyri-bərabər və daha tez xarab olur.
    Meyvə-tərəvəzdə istifadə olunan  genetik modifikasiya (GMO) bəzən mədə-bağırsaq sistemində balans pozuntularına, immun sisteminin zəifləməsinə iltihablara səbəb ola bilər.
    GMO bitkiləri ətraf mühiti və digər təbii növləri də məhv edə bilər. Əkin sahələrində bərabərsizlik yaranır.
  Ona görə insanlar mümkün qədər yerli və təbii məhsullara üstünlük verməli.  Çalışmalıyıq orqanik və sertifikatlı məhsullar alaq.  
  Uşaqlara meyvə alarkən tərkibini və mənşəyini yoxlamalıyıq. Mövsümi meyvələr istehlak edməliyik.
  Gözəllik hər zaman sağlamlıq demək deyil. Parlaq qabıq altında gizlənən genetik dəyişikliklər gələcəyimiz olan uşaqlarımıza zərər verə bilər. Maariflənmək və seçim zamanı diqqətli olmaq, həm özümüzü, həm də ailəmizi qorumağın əsas yoludur.
  Arzu Tofiqqızı









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA