sedanews.az
sedanews.az

Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi

Bugün, 10:29



   Azərbaycanın Xalq artisti, tanınmış aktyor və rejissor Tofiq Mirzəyev vəfat edib.

Sedanews.Az  xəbər verir ki, sənətkar İsraildə 94 yaşında dünyasını dəyişib. Acı xəbəri Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi sosial şəbəkə hesabında ictimaiyyətlə bölüşüb.
  Tofiq İbrahim oğlu Mirzəyev 16 iyun 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. O, sənətə ilk olaraq musiqiçi kimi gəlib. Məşhur "Qaya" vokal qrupunun solisti Teymur Mirzəyevin qardaşıdır. Tofiq Mirzəyev Moskva Konservatoriyası nəzdində musiqi məktəbini, daha sonra isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının klarnet sinfini bitirib . Sonradan onun səhhətində yaranan problemlə əlaqədar görə həkimlər ona nəfəsli alətlərdə ifa etməyi qadağan etdikdən sonra musiqi karyerasını bitirib rejissorluğa yönəlib. Moskvada Mərkəzi Televiziyanın rejissorluq kurslarında təhsil alıb. 
  Tofiq Mirzəyev uzun illər Azərbaycan Televiziyasında səs rejissoru və rejissor kimi fəaliyyət göstərib. 
O, Rəşid Behbudov, Müslüm Maqomayev, Fikrət Əmirov, Nazim Rzayev, Fidan və Xuraman Qasımovalar kimi dahi sənətkarlar haqqında portret-verilişlər və sənədli filmlər hazırlayıb. Tofiq Mirzəyev "Abşeron mahnıları" (1969), "Nizami simfoniyası" (1970) və "Xalq nəğməkarı" (1979) kimi musiqili filmlərin rejissorudur. 
  Xarici görünüşünə görə "Hollivud bənizli aktyor" adlandırılan Tofiq Mirzəyev Azərbaycan kinosunun qızıl fonduna daxil olan bir çox ekran əsərlərində yaddaqalan obrazlar yaradıb: "Uşaqlığın son gecəsi" – Rüfət (kinoda ilk və ən məşhur rolu),"Nəsimi" – Dərviş,"İstintaq" – Teymur, "Təhminə" – Muxtar,"O qızı tapın" – Rüstəm,"Cinahsız cəbhə" (Moskva istehsalı, 6 seriyalı) – Komissar Əliyev,
   Tofiq İbrahim oğlu Mirzəyev 1976-cı ildə "Azərbaycan SSR əməkdar artisti", düz 46 il sonra – 14 iyun 2022-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə "Xalq artisti" fəxri adına və "Şöhrət" ordeninə layiq görülüb.    Həyat yoldaşının vəfatından sonra Azərbaycandan köçərək uzun illər İsraildə (Hayfa və Arad şəhərlərində) yaşamış və orada diaspor fəaliyyəti ilə məşğul olmuşdur. 2026-cı ilin mayında insult keçirmiş və dünən gecə saatlarında xəstəxanada dünyasını dəyişmişdir. 
    Allah rəhmət eləsin.
  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA