Işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 13 nəfər saxlanılıb
Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı polis postlarından kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən 13 nəfər Beyləqan rayon sakini beş avtomobillə birlikdə rayonun Alxanlı kəndi ərazisində müəyyən edilərək saxlanılıb.
Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib, müvafiq araşdırmalarla onların barəsində protokollar tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.