Ağdam və Xocavəndə növbəti köç karvanı yola salınıb
Ağdam və Xocavəndə növbəti köç karvanı yola salınıb.Sedanews.az Milli.az-a istinadən xəbər verir ki, mayın 8-də növbəti köç karvanı Xocavənd rayonunun Ağdam və Xocavənd şəhərlərinə yola salınıb.Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.Bu mərhələdə Ağdam şəhərinə 41 ailə - 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə - 206 nəfər köçürülüb.