sedanews.az
sedanews.az

Zaqatala-Bakı avtobusu qəza etdi - 8 nəfər yaralandı

16-04-2025, 09:44


Zaqatala-Bakı marşutu üzrə hərəkət edən avtobus qəzaya düşüb.
sedanevs.az-ın məlumatına görə, hadisə gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral avtomobil yolunun Yevlax rayonu Xanabad kəndi ərazisindən keçən hissəsində baş verib.
Qəza zamanı avtobusda xəsarət alan 8 nəfər sərnişin Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbbi Yardım Şöbəsinə aparılıblar.
Xəsarət alan şəxslər aşağıdakılardı:
1988-ci il təvəllüdlü, Zaqatala rayonu Bəhmətli kənd sakini Şirinbəyova Rəqsanə Şahmalı qızı,
1960-cı il təvəllüdlü, Zaqatala rayonu Yeni Suvagil kənd sakini Məmmədova Leysanat İbad qızı,
Zaqatala rayonu Əliabad qəsəbə sakini Adilova Həlimə Ağabala qızı,
1967-ci il təvəllüdlü, Zaqatala rayon sakin Əliyev Qüdrət Abdulla oğlu,
2004-cü il təvəllüdlü Zaqatala rayonu Aşağı Tala kənd sakini Ramazanzadə Aysel Adil qızı,
1969-cu il təvəllüdlü Zaqatala rayonu Yeni Suvagil kənd sakini Babayeva Kifayət Hüseyn qızı,
1993-cü il təvəllüdlü Zaqatala rayonu Yeni Suvagil kənd sakini Babayev İlkin Yusif oğlu,
1983-cü il təvəllüdlü Zaqatala rayonu Yeni Suvagil kənd sakini Məmmədova Aygün Osman qızı
Xəstəxanaya daxil olan şəxslərin hamısına lazımi ilkin tibbi yardım göstərilib, xəsarətləri yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.(APA)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA