sedanews.az
sedanews.az

Vətəndaşa əzab verərək çəkiliş aparan iki dost həbs edildi

21-05-2025, 11:30


Lənkəran rayonunda 33 yaşlı şəxsə əzab verməklə zorakılıq hərəkətlər törədilməsi ilə bağlı məlumatlar yayılıb.
sedanevs.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib.
Bildirilib ki, hadisə mart ayında şəxsi münasibətlər zəminində baş verib. Həmin əməli törətməkdə şübhəli bilinən 2 dost - 39 və 34 yaşlı şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Lənkəran Şəhər Rayon Polis Şöbəsində fakta görə Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə başlanan cinayət işi üzrə onlar şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb olunublar.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.(axar.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA