Paraşütlə atlanarkən ölən qadınla bağlı araşdırma başladı
İyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.