Cəlilabadda acı həyat gerçəyimiz: Ahıl ana və qızı qəbiristanlıqda yaşayır

Cəlilabad şəhərində insanın içini sızladan bir mənzərə yaşanır. Ahıl yaşlı bir qadın və onun qızı uzun müddətdir ki, qəbiristanlıq ərazisində yaşamağa məcbur qalıblar. İnsan yaşamaq üçün evə, ən azı bir dam altına möhtacdır. Amma bu ana-bala sığınacaq tapa bilmədiklərindən ölülərin arasında yaşamla mübarizə aparırlar.
Onlar yardım üçün müxtəlif qapıları döysələr də, hara üz tuturlarsa, sanki hamı üz çevirir. İtələnən, görməzlikdən gələn, unudulan bu insanlar cəmiyyətin gözdən salınmış bir aynasıdır.
Aidiyyəti qurumlar hara baxır?  Bu insanların nə sosial təminatı var, nə də insan kimi yaşamaq imkanları. Dövlət məmurları nə vaxt diqqət yetirəcək bu faciəyə? Qocalıqda bir qadının məzarlar arasında qalması, qızının isə onunla birlikdə səssiz çarəsizlik içində yaşaması, bir millət olaraq bizi narahat etməlidir.
Vəziyyətləri olduqca acınacaqlıdır.  Bu, təkcə bir ailənin deyil, bütün cəmiyyətin vicdanına ünvanlanan bir çağırışdır. Çarəsizliyi görməzlikdən gəlmək artıq mümkün deyil. Təcili olaraq sosial müdafiə və yerli icra strukturları bu ailəyə sahib çıxmalı, insan ləyaqətinə uyğun şərait yaratmalıdır.
Arzu Tofiqqızı
 
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.