Bakıda restoran yaxınlığında elektrik cərəyanı vurması nəticəsində vəfat edən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.Milli.Az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bunlar Cəmil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyevdir (2006).
Qeyd edək ki, hadisə bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. "Lake Hotel" restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
xxxBu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, "Lake Hotel" restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
"Azərişıq" ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: "Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün "Azərişıq" ASC-nin balansında deyil".
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.