Qızıl almaq istəyənlərə PİS XƏBƏR

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb.
Sedanews.az Milli.az-a istinadəb xəbər verir ki, qızılın COMEX-də iyun ayı üzrə fyuçersləri 0,33% və ya 15 dollar artaraq 4 548,30 ABŞ dollarına, spot qızıl isə 0,36% və ya 16,23 dollar bahalaşaraq 4 538,14 ABŞ dollarına yüksəlib. Platin isə 1,41% və ya 27,39 dollar artaraq 1 974,11 ABŞ dollarına çatıb. Gümüşün iyun fyuçersləri isə əksinə, 0,19% və ya 0,14 dollar azalaraq 73,39 ABŞ dollarına enib.
Analitiklər qızıl və platinin qiymət artımını risklər fonunda təhlükəsiz aktivlərə tələbin yüksəlməsi ilə, gümüşdəki azalmanı isə texniki korreksiya ilə izah edir.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR