sedanews.az
sedanews.az

Azərbaycanda bu ilin II rübündə qaz hasilatı 1 % artıb

Bugün, 16:08


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,7 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub.
Bu barədə  SOCAR-dan məlumat verilib.
Bildirilib ki, ölkə üzrə qaz hasilatı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 % artaraq, 12,8 milyard kubmetr təşkil edib.
Məlumata əsasən, cari ilin ikinci rübündə SOCAR tərəfindən həyata keçirilən qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,3 % artaraq 24 min metr təşkil edib.
Ümumilikdə, cari ilin ikinci rübündə Azərbaycanda 6,6 milyon tondan çox xam neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara 3,3 milyon tondan çox neft ixrac edilib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr, istehlakı isə təqribən 2,5 milyard kubmetr təşkil edib. Təbii qaz ixracında 0,5 %, istehlakında isə 4,9 % artım qeydə alınıb.
Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,4 milyon tondan çox neft, 679 milyon kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 556,4 min ton11 neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA