Azərbaycan nefti bir gündə 7 dollardan çox ucuzlaşdı
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti kəskin azalıb.
sedanevs.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 7,15 ABŞ dolları və ya 6,95 faiz enərək 95,58 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Hazırkı qiymət büdcədə nəzərdə tutulan göstəricidən xeyli yüksək olaraq qalır.
Xatırladaq ki, "Azeri Light" neftinin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: