sedanews.az
sedanews.az

Avstriyadan Azərbaycana pul köçürmələri 7 %-ə yaxın artıb

24-03-2025, 14:38



2024-cü ildə Azərbaycandan Avstriyaya kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 5,7 milyon ABŞ dolları təşkil edib.
sedanevs.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 17 % azdır.
Hesabat dövründə Azərbaycandan Avstriyaya daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 1,3 %-dən 1,1 %-ə düşüb.
Ötən il Avstriyadan Azərbaycana isə fiziki şəxslər 15 milyon ABŞ dolları pul köçürmələri həyata keçirib.
Bu, əvvəlki ilə nisbətən 6,6 % çoxdur.
İl ərzində Avstriyadan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 0,8 %-dən 1,4 %-a çatıb.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 526,8 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 4,25 % az), əks istiqamətdə pul köçürmələri isə 1 milyard 82,9 milyon ABŞ dolları (34,6 % az) təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA