sedanews.az
sedanews.az

Təbiətin sehrli üzü: Donmuş çiçəklər və göy qurşağı balıqları

15-12-2025, 15:23




 Donmuş Çiçəklər – Sibir Möcüzəsi  
Sibirin sərt qışında qeyri-adi bir təbiət hadisəsi baş verir: bitkilər üzərində “donmuş çiçəklər” əmələ gəlir. Bunlar əslində su buxarının ani şəkildə kristallaşması nəticəsində yaranan buz çiçəkləridir. O qədər zərif və naxışlıdırlar ki, ilk baxışda real çiçəyə bənzəyirlər. Bu təbiət hadisəsi çox nadir baş verir və ancaq temperatur -30°C və daha aşağı olduqda müşahidə olunur. Fotoqraflar və elm adamları bu fenomeni “qışın sirli sənəti” adlandırırlar.

 
   Avstraliyanın və İndoneziyanın sularında yaşayan göy qurşağı balığı (Rainbowfish) sualtı aləmin ən rəngarəng sakinlərindən biridir. Onların pulları işıq düşdükcə rəng dəyişdirir — mavi, yaşıl, sarı, bənövşəyi tonlarda parlayır. Ən maraqlısı odur ki, bu balıqların rəngi onların əhvalından da asılıdır! Məsələn, təhlükə hiss etdikdə solğunlaşır, rahat olduqda isə daha parlaq görünür. Onların rəngləri həm də cütləşmə dövründə daha intensiv olur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA