Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun!
Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər.Sedanews.az Milli.az-a istinadən xəbər verir ki, kardiologiya mütəxəssisi Bünyamin Yavuz bildirib ki, yaşlılıq, stress, oturaq həyat tərzi və həddindən artıq duz istifadəsi hipertoniyanın əsas risk faktorları sırasındadır.Onun sözlərinə görə, uzun müddət yüksək təzyiq ürəyin daha çox işləməsinə səbəb olur və zamanla ürək əzələsinin qalınlaşmasına gətirib çıxarır. Bu isə ürək çatışmazlığı, infarkt və insult riskini artırır.Mütəxəssis vurğulayıb ki, hipertoniya yalnız ürəyə deyil, damar sistemi, böyrəklər, beyin və gözlərə də ciddi təsir göstərə bilər. Xəstəliyin çox vaxt simptomsuz keçdiyini deyən Yavuz, yetkin şəxslərin qan təzyiqini ildə ən azı bir dəfə ölçdürməsinin vacib olduğunu bildirib.Həkimlər həmçinin sağlam qidalanma, duzun azaldılması, müntəzəm fiziki aktivlik, stressin idarə olunması və siqaretdən uzaq durmağın hipertoniya riskini azaltmağa kömək etdiyini qeyd edirlər.