sedanews.az
sedanews.az

Məryəmin orqanları 6 nəfərə həyat verdi - Foto

17-06-2026, 11:03

“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyeva son mənzilə yola salınıb.
Axar.az xəbər verir ki, bloger bu barədə İnstaqram hesabında paylaşım edib.

O bildirib ki, Məryəm ölümündən sonra da insanlara həyat bəxş edib:
“Sağlığında hər kəsin köməyinə çatdığı kimi, gedərkən də öz xeyirxahlığını göstərdi. Bacımın gözəl ürəyi və bir neçə orqanı 6 nəfərə həyat verdi”.


O qeyd edib ki, həyata keçirilən orqan donorluğu sayəsində bir neçə insan yenidən yaşamaq şansı qazanıb:
“Bu bağışlanma sayəsində bu gün hansısa ana övladına qovuşacaq, hansısa ata yenidən ailəsinə sarılacaq, hansısa gənc həyata tutunacaq. Səninlə fəxr edirik, mənim mələyim”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA