Xalq artistinin evi fantastik qiymətə satışa çıxarıldı

Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanı qəsəbəsində yerləşən bağ evi satışa çıxarılıb.
sedanevs.az xəbər verir ki, 20 sot torpaq sahəsində yerləşən villanın ümumi sahəsi 650 kvadratmetrdir.
10 otaqdan ibarət olan bağ evinin satış qiyməti 1 milyon 150 min manat olaraq müəyyənləşdirilib. Bağ evinin hazırda kimə məxsus olduğu və hansı səbəbdən satıldığı bilinmir. Xatırladaq ki, Aftandil İsrafilov 2023-cü ilin aprel ayında 82 yaşında vəfat edib. /globalinfo.az/
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: