sedanews.az
sedanews.az

50 il özünü kor göstərərək dövlətdən pul alıb

15-10-2025, 15:40


İtaliyada 70 yaşlı kişi 50 ildən çoxdur kor olduğunu iddia edərək dövlət tərəfindən əlillik müavinəti alıb.


sedanevs.az xəbər verir ki, Vicenzada yaşayan şəxs, iş yerindəki qəza sonrası kor olduğunu göstərib və 53 il ərzində qanunsuz olaraq 1 milyon avrodan çox pul əldə edib.
Maliyyə polisi onun hərəkətlərini izləyib və kişi şəhərdə təkbaşına gəzdiyi, alış-veriş etdiyi və hətta təhlükəli alətlərlə bağda işlədiyi anları videoya çəkib.
Prokurorluq ona dövlətə qarşı dələduzluq ittihamı verib, müavinətlər dayandırılıb və vergi yoxlaması başlayıb.
Hadisə İtaliyada digər saxta əlillik və sığorta iddiaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA