Unudulmaz Lider – Heydər Əliyev
Hər il dekabrın 12-də Azərbaycan xalqı böyük ehtiramla Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini anır. Bu tarix Azərbaycan tarixində sadəcə bir anım günü deyil – bu, dərin düşüncə, milli yaddaş, Vətənə sevgi və dövlətə bağlılıq günüdür.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında yalnız böyük siyasətçi kimi deyil, həm də millətini zamanın sərt sınaqlarından çıxaran, müstəqilliyin bərpasında və möhkəmlənməsində misilsiz xidmətləri olan dövlət xadimi kimi qalır. Onun uzaqgörən siyasəti, güclü iradəsi və dərin vətən sevgisi sayəsində Azərbaycan dünya miqyasında tanınan və hörmət edilən dövlətə çevrildi.
1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni vətəndaş qarşıdurmasından, iqtisadi tənəzzüldən və beynəlxalq təcriddən qurtardı. Onun rəhbərliyi ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi müstəqilliyini təmin edən əsas addımlardan biri oldu.
Bu gün onun siyasi kursunun layiqli davamçısı – Prezident İlham Əliyev atasının qoyduğu yolu uğurla davam etdirir. Məhz bu siyasi uzaqgörənliyin nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad edib, güclü ordu və müasir dövlət qurub.
Heydər Əliyev ölməzdir – çünki o, xalqının qəlbində yaşayır. Onun adını daşıyan məktəblər, parklar, mədəniyyət mərkəzləri və ən önəmlisi – insanların qəlbindəki sevgi onun əbədiyaşarlığının sübutudur.
Allah rəhmət eləsin, böyük lider!
Arzu Tofiqqızı
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: