sedanews.az
sedanews.az

Türkiyə və daha 20 İslam ölkəsi birgə bəyanat yayıb

Bugün, 10:45


21 müsəlman ölkəsinin xarici işlər nazirləri İsrailin İrana hücumu ilə əlaqədar birgə bəyanat yayıb.
sedanevs.az xəbər verir ki, birgə bəyanata Birləşmiş Ərəb Əmirliyi, Pakistan, Bəhreyn,  Bruney, Türkiyə, Çad, Qambiya, İordaniya, Əlcəzair, Komor Adaları, Cibuti, Səudiyyə Ərəbistanı, Sudan, Somali, İraq, Oman, Qətər, Kuveyt, Liviya, Misir və Mavritaniya imza atıb.  
Bəyanatda İsrailin iyun ayının 13-dən bu yana İrana qarşı beynəlxalq hüququ və BMT normalarını pozan əməliyyatları pislənib. Eləcə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü, yaxşı qonşuluq əlaqələri və anlaşılmazlıqların sülh yolu ilə həll edilməsinin vacibliyi qeyd edilib.
Bütün regionun təhlükəsizliyi və stabilliyi üçün ciddi nəticələr doğura biləcək bu gərginlikdən narahatlıq keçirildiyi vurğulanıb və İsrailin İrana qarşı hücumlarının dayanması, sabitliyin saxlanması üçün işlər görülməsinin önəmi diqqətə çatdırılıb. 
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA