İsrail Suriyanın ağır silah anbarlarına qarşı hava hücumlarını gücləndirəcək və sabiq prezident Bəşər Əsədin devrilməsi nəticəsində yarana biləcək hər hansı təhlükəni dəf etmək üçün yerdə məhdud şəkildə də olsa, hərbi varlığını davam etdirəcək.Axar.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi İsrailin xarici işlər naziri Gideon Saara istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, İsrail Suriyadakı hadisələri ümid və narahatlıqla izləyir, son illərdə Yaxın Şərqdə baş verən ən mühüm strateji dəyişikliklərdən birinin nəticələrini qiymətləndirir.
Saar bildirib ki, İsrail kimyəvi və uzaqmənzilli raketlər kimi strateji silah sistemlərinə hücum edir ki, onlar ekstremistlərin əlinə keçməsin.
Qeyd edək ki, İsrail ordusu Qolan təpələrində Suriya ilə sərhəddəki bufer-zonaya irəliləyib və bura əlavə qüvvələr cəlb edib, həmçinin mütəmadi olaraq Suriya ərazisinə zərbələr endirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.