İsrail Fələstinlə sərhədləri müəyyənləşdirəcək qrup yaratdı
İsrail ABŞ-ın təqdim etdiyi “əsrin anlaşması" çərçivəsində Fələstinlə sərhədləri müəyyən edən xəritənin tərtibatı ilə məşğul olan qrup yaradıb.
“RBK-Ukrayna” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
“Mənim dostum Tramp aydın şəkildə bəyan edib ki, ABŞ İsrailin İordan çayı vadisində, Ölü Dənizin şimalında, İudeya və Samariyadakı bütün məntəqəlrədə və ətraf ərazilərdə suverenliyini tanıyır. Biz sərhədləri müəyyən edəcək qrupu artıq yaratmışıq və o qrup öz işini görür”, - deyə baş nazir əlavə edib.