sedanews.az
sedanews.az

İmamoğlunun vəkili də saxlanıldı

28-03-2025, 11:04


Türkiyədə korrupsiya istintaqı çərçivəsində həbs edilən və vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun vəkili Mehmet Pehlivan da saxlanılıb.
sedanevs.az "Haber Global"a istinadən xəbər verir ki, o, İstanbul Baş Prokurorluğu tərəfindən saxlanılıb.
Məlumata görə, prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində Mehmet Pehlivan barəsində "Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması" maddəsi üzrə saxlanılma qərarı verilib. Daha sonra Pehlivan polis tərəfindən evində nəzarət altına alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA