sedanews.az
sedanews.az

Türkiyədə müəllimlər bundan sonra ağ xalat geyinəcək

Bugün, 15:36


Türkiyədə yeni tədris ili başlamazdan əvvəl bütün məktəblər üçün vahid qaydalar müəyyənləşdirilib.
sedanevs.az xəbər verir ki, Türkiyənin Milli Təhsil Nazirliyi yeni qaydaları ölkənin 81 vilayətindəki məktəblərə göndərib.
Qaydalara əsasən, sentyabrın 14-dən etibarən müəllimlərin ağ xalat geyinməsi məcburi olacaq. Nazirlik bu tələbin dövlət qulluqçusunun peşəkar görünüşü və xidmət nüfuzu ilə əlaqəli olduğunu bildirib.
Məktəblərdə təhlükəsizlik tədbirləri də gücləndiriləcək. Girişlərə nəzarət artırılacaq, avtomobillər və piyadalar üçün hərəkət istiqamətləri ayrılacaq.
Bu tədbirlərin məktəblərdə baş verə biləcək təhlükəli hadisələrin qarşısının alınması məqsədi daşıdığı bildirilir. Təhlükəsizlik tədbirləri son dövrdə Kahramanmaraş və Şanlıurfada məktəblərlə bağlı baş verən hücumlar fonunda daha da aktuallaşıb. Məktəblərdə təhlükəsizliyin təmin olunması üçün 30 min mühafizəçinin işə götürülməsi də nəzərdə tutulur.
Sinif otaqlarında mobil telefonlardan istifadə qadağası qüvvədə qalacaq.
Yeni qaydalar məktəblərdə əlavə maliyyə yükünün yaradılmasının qarşısını almağı da nəzərdə tutur. Belə ki, məktəblərə bahalı xarici istehsal olan dəftərxana ləvazimatlarını, nazirliyin proqramına daxil olmayan əlavə dərslikləri və kənar imtahanları şagirdlərə məcburi şəkildə tətbiq etmək qadağan edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA