sedanews.az
sedanews.az

İsrail Fransa ilə İrana qarşı birgə hərəkət edəcək

4-04-2023, 11:48 297 dəfə baxılıb


  İsrail İranın bölgə və dünyanı təhdid edən nüvə proqramına qarşı Fransa ilə kordinasiyalı şəkildə mübarizə aparacaq.
   Bunu İsrailin XİN başçısı Eli Kohen Çexiyaya səfəri öncəsi mediaya verdiyi açıqlamada bildirib.
“Qərb ölkələrinin koordinasiyalı şəkildə qəti və sürətli addımları, ciddi sanksiyalar İran hökumətinin siyasətində dəyişikliklərə səbəb ola bilər”, -nazir vurğulayıb.
   Kohen, həmçinin, qeyd edib ki, o, ABŞ, Fransa, Almaniya və İngiltərədən olan həmkarları ilə birgə MAQATE-ni iyunda keçiriləcək iclasda İrana qarşı təcili addımlar atmağa sövq etmək üçün məsləhətləşmələr aparıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA