

    Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında Azərbaycana akkreditə olunmuş diplomatların bu gün Cəbrayıl və Zəngilan rayonlarına səfəri ilə bağlı paylaşım edib.Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
"Biz diplomatik korpusun üzvləri ilə birlikdə Prezident İlham Əliyevin izi ilə gedərək Cəbrayıl və Zəngilan rayonlarına səfər edirik. Səfərimizin ilk dayanacağı Horovlu kəndidir. Ziyarət çərçivəsində əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, həmçinin bölgədə həyata keçirilən dəmir yolu və avtomobil yolu layihələrinə yönələcək. 2020-ci il Vətən müharibəsindən bəri bu, diplomatik korpusla birlikdə azad edilmiş ərazilərə 20-ci səfərimizdir".
 
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.