sedanews.az
sedanews.az

Addım-addım sağlamlığa – Piyada gəzintisinin möcüzəvi faydaları

29-12-2025, 12:55

   Piyada gəzintisi – ən sadə, lakin ən təsirli sağlamlıq üsullarından biridir. Texnologiyanın, avtomobillərin və oturaq həyat tərzinin geniş yayıldığı dövrdə bədənimizi hərəkətdə saxlamaq, sağlam qalmaq üçün ən əlçatan vasitə elə yeriməkdir.
 Piyada gəzməyin faydaları çoxdu: Bu gəzinti ürək-damar sağlamlığına faydalıdır. Məsələn gündəlik 30 dəqiqə sürətli gəzmək ürək ritmini tənzimləyir, təzyiqi salır. Stressi azaldır, əhvalı yaxşılaşdırır: Təmiz havada, xüsusilə təbiət içində gəzmək beyində serotonin və endorfin ifrazını artırır. ən vacib nüanslardan biri isə piylənmənin və diabetin qarşısını alır yəni piyada gəzinti metabolizmi sürətləndirir, qanda şəkərin səviyyəsini tənzimləyir.
 Bu gəzinti Sümük və oynaqlar üçün çox faydalıdır xüsusilə yaşlı insanlar üçün piyada gəzmək osteoporozun qarşısını almaqda təsirlidir.
 Yuxu rejimini yaxşılaşdırır xüsusən  axşam gəzintiləri bədəni sakitləşdirir, rahat yuxuya kömək edir.
 Bəs gündə nə qədər gəzmək lazımdır?
 Uşaqlar (6–17 yaş): Gündə 1 saat aktiv fiziki hərəkət, bura 3–5 km piyada daxil ola bilər.
 Yetkinlər (18–64 yaş): Gündəlik 30–45 dəqiqə sürətli gəzinti – təxminən 4–6 km.
 Ən bahalı dərman belə, hər gün atılan addımlar qədər təsirli ola bilməz. Gündəlik həyatınıza piyada   gəzintilərini daxil edin – sağlamlığınız və ruhi rahatlığınız üçün ən təbii yoldur.

  Sedanews.az
  Sevinc Salehqızı







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA