sedanews.az
sedanews.az

İsmayıllıda 5 kəndi təmin edən su anbarı quruyur? - AÇIQLAMA

Bugün, 10:40



İsmayıllı rayonundakı Aşıqbayramlı su anbarında su əhəmiyyətli dərəcədə azalıb.
Yaranmış vəziyyətlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumata görə İsmayıllı rayonundakı Aşıqbayramlı Su   Anbarını təmin edən Qəzli-Aşıqbayramlı suaparıcı kanalı torpaq məcralı idi.
"Hazırda həmin kanalın beton üzlüklə əvəz olunması işləri həyata keçirilir. Hava şəraiti ilə əlaqədar işlər müvəqqəti dayandırılıb. Hava şəraiti yaxşılaşan kimi işlər davam etdiriləcək", - deyə qurumdan məlumat verilib.
 Qeyd edək ki, Aşıqbayramlı su anbarı İsmayıllı rayonu ərazisində İvanovka kəndi yaxınlığında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir. Dəvəbatan çayının suyunu bənd vasitəsilə saxlamaq üçün yaradılmış bu göl 1951-ci ildə istifadəyə verilib. Adını yaxınlığındakı eyniadlı kənddən alıb. Su anbarı 5 kəndi suvarma suyu ilə təmin edir.
Fərid Zöhrabov
Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA