sedanews.az
sedanews.az

Cəlilabadın 36 evlik kəndi tədricən boşalır

16-04-2026, 10:00


Cəlilabad rayonunun ucqar dağlıq ərazisində yolların bərbad vəziyyəti sakinlərin həyatını ciddi şəkildə çətinləşdirib.
Sedanews.az Teleqraf-a istinadən xəbər verir ki, rayonun Axtaxana kəndinə gedən əsas yol, eləcə də kənddaxili yollar uzun illərdir bərbad durumdadır.

Sakinlərin sözlərinə görə, xüsusilə payız və qış aylarında yolların palçıq olması səbəbindən avtomobillə hərəkət demək olar ki, mümkünsüz olur.
Yalnız havaların quraq keçdiyi dövrlərdə bu yoldan istifadə etmək mümkün olur.

Mövcud vəziyyət kənd əhalisinin tədricən ərazini tərk edərək başqa yerlərə köçməsinə səbəb olub.
Qeyd edək ki, Axtaxana kəndi rayonun ucqar dağlıq ərazisində yerləşməklə yanaşı, meşə massivindədir. Hazırda kənddə 36 ev var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA