sedanews.az
sedanews.az

Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq

Bugün, 20:00

Bu il 50 illiyi tamam olan Sərsəng su anbarında yenidənqurma işlərinə start veriləcək.

Sedanews.az Milli.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Xankəndi şəhəri və Ağdərə rayonuna təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev deyib.


Onun sözlərinə görə, layihə çərçivəsində strateji əhəmiyyət daşıyan hidrotexniki qurğuların modernləşdirilməsi nəzərdə tutulur.


Sədr müavini vurğulayıb ki, 2022-2023-cü illərdə Suqovuşan hidroqovşağında, Tərtərçay magistral kanalında və sol sahil kanalında əsaslı təmir işləri həyata keçirilib:
"Sağ sahil kanalının yenidən qurulması isə ərazilər minalardan tam təmizləndikdən sonra aparılacaq",-deyə o əlavə edib./trend.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA