sedanews.az
sedanews.az

Mütəxəssis məsləhəti: Aşağı kurs tələbələri niyə indidən təcrübəyə başlamalıdır?

Bugün, 10:23


 Müasir əmək bazarında ali təhsil müəssisələrində oxuyan gənclərin nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərə də yiyələnməsi əsas tələblərdən biridir. Karyera mütəxəssisləri və insan resursları (HR) ekspertləri tələbələrin peşəkar təcrübə proqramlarına qoşulması üçün ən ideal dövrü açıqlayıblar. Araşdırmalara və ekspert rəylərinə əsasən, təcrübəyə başlamaq üçün ən uyğun mərhələ ikinci kursdur
  Niyə məhz ikinci kurs?
Sedanews.Az xəbər verir ki, mütəxəssislər qeyd edirlər ki, tələbələr ikinci kursda artıq ixtisasları üzrə təməl bilik və bacarıqlara yiyələnmiş olurlar. Eyni zamanda, məzun olmağa hələ kifayət qədər vaxt qaldığı üçün şirkətlər bu gələcək mütəxəssisləri daha yaxından tanımaq, onların inkişafını izləmək və uzunmüddətli əməkdaşlıq üçün qiymətləndirmək imkanı qazanırlar. 
   Ekspertlərin fikrincə, birinci kursda olan tələbələrin birbaşa tamhüquqlu təcrübə proqramlarına qoşulması o qədər də effektiv deyil, çünki onlar hələ universitet həyatına və yeni təhsil mühitinə adaptasiya olmaq mərhələsindədirlər. Birinci kursda əsas diqqət peşə mühiti ilə ilkin tanışlığa yönəlməlidir. Bu mərhələdə müxtəlif müəssisələrə təşkil olunan ekskursiyalar, karyera sərgiləri, seminarlar və maarifləndirici görüşlər gənclər üçün daha faydalı hesab olunur.
  Erkən təcrübənin üstünlükləri ondan ibarətdi ki, təcrübəyə vaxtında – yəni ikinci kursdan başlamaq tələbələrə rəqabətədavamlı kadr kimi formalaşmaq imkanı verir. Sonuncu kursda keçirilən məcburi istehsalat təcrübəsini gözləmədən erkən mərhələdə korporativ mühitlə tanış olan gənclər məzun olduqdan sonra iş tapmaqda digər həmyaşıdlarından bir addım öndə olurlar. Hazırda ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət və özəl qurumlar da məhz aşağı kurs tələbələri üçün xüsusi yay və qış təcrübə proqramları təşkil edərək gənc istedadların kəşf olunmasına şərait yaradırlar. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA