
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyul ayı üzrə pensiya ödənişlərinin yekunlaşdırılacağı tarixi açıqlayıb.
Sedanews.Az xəbər verir ki, DSMF-nin məlumatına görə, Respublika üzrə pensiyaların tam ödənilməsi iyulun 22-də başa çatdırılacaq.
Qurumdan bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin də pensiyaları köçürüləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.