sedanews.az
sedanews.az

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub

Bugün, 09:50


"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub.
sedanevs.az xəbər verir ki, bununla da "Həzi Aslanov"-"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib.
Dalan yolları istismara verilməzdən əvvəl texniki tələblərə uyğun olaraq təsərrüfat qatarı ilə əndazə ölçüləri yoxlanılıb, yüksək gərginlik altında sınaq yürüşləri keçirilib. Yoxlamalar zamanı qatarların hərəkət təhlükəsizliyi, elektrik təchizatının etibarlılığı, eləcə də mühəndis-texniki və kommunikasiya sistemlərinin mərkəzləşdirilmiş idarəetmə davamlılığı təsdiqini tapıb və bütün standartlara cavab verən obyekt istismara qəbul olunub.
Bununla da "Həzi Aslanov–Əhmədli" mənzilində məkik hərəkət ləğv edilərək "Həzi Aslanov–İçərişəhər" istiqamətində qatarların hərəkəti əvvəlki qaydada bərpa olundu. Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyədir.
Xatırladaq ki, "Həzi Aslanov" metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan Bakı metrosunun "Qırmızı" və "Yaşıl" xətlərində qatarların hərəkət sxemi dəyişdirilib. Həmin tarixdən qatarlar "İçərişəhər" və "Dərnəgül" metro stansiyalarından "Əhmədli" stansiyasına qədər hərəkət edib, "Həzi Aslanov"-"Əhmədli" sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunub.
Qeyd edək ki, 1981–1987-ci illərdə inşa edilmiş yol dalanının izolyasiya qatı 20 ildən artıq istismar müddətində qrunt suları və eroziya səbəbindən sıradan çıxdığı üçün ərazidə kompleks yenidənqurma aparılıb.
2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı Metropoliteni tərəfindən icra olunan bu layihə metropoliten infrastrukturunun müasirləşdirilməsinə və sərnişindaşıma təhlükəsizliyinin artırılmasına xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA