sedanews.az
sedanews.az

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur

Bugün, 10:10


"Global Media Group" şirkətinin tərkibinə daxil olan "Report" İnformasiya Agentliyinin fəaliyyətə başlamasının 12 ili tamam olur.
sedanevs.az  xatırladır ki, "Report" İnformasiya Agentliyi 2014-cü ildə Azərbaycanda onlayn media mühitinin inkişafı, ictimaiyyətin operativ və dolğun informasiya ilə təmin edilməsi məqsədilə fəaliyyətə başlayıb. Agentliyin yaradılmasında ölkədə azad mətbuatın fəaliyyəti üçün mövcud şərait, onlayn xəbər resurslarına əlçatanlığın artması, eləcə də Azərbaycanın beynəlxalq layihələrdə iştirakı və nüfuzlu tədbirlərə ev sahibliyi etməsi ilə bağlı məlumatların geniş auditoriyaya çatdırılması mühüm rol oynayıb.


Fəaliyyət göstərdiyi müddətdə agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə Azərbaycanda və dünyada baş verən mühüm hadisələri işıqlandıraraq geniş oxucu auditoriyası qazanıb.
Yarandığı gündən əsas məqsədi hadisələri operativ və obyektiv şəkildə çatdırmaq olan "Report" ictimai-siyasi və iqtisadi proseslərlə bağlı analitik materiallar, eksklüziv müsahibələr, rəylər və açıqlamalar dərc edir. Agentlik, həmçinin ölkədə və dünyada keçirilən irimiqyaslı tədbirləri xəbər, foto və videoreportajlar vasitəsilə işıqlandırır.
Report.az saytı 24/7 rejimində fəaliyyət göstərir. Saytda yayımlanan materiallar Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərinə də operativ şəkildə tərcümə olunur. Bu da agentliyin hazırladığı informasiyaların daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır.
Bununla yanaşı, agentliyin Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstanda, eləcə də Avropa İttifaqına üzv ölkələr üzrə xüsusi büroları fəaliyyət göstərir.
"Report" İnformasiya Agentliyi jurnalist kadrlarının hazırlanmasına da töhfə verir. Media sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsi və gənc jurnalistlərin müasir media trendlərinə yiyələnməsi məqsədilə 2018-ci ildən etibarən agentlik nəzdində Report Media Məktəbi fəaliyyət göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA