sedanews.az
sedanews.az

Təhsil haqlarının dövlət tərəfindən ödənilməsi üçün edilən müraciətlərin sayı AÇIQLANDI

24-06-2021, 11:57 466 dəfə baxılıb

Təhsil haqlarının dövlət tərəfindən ödənilməsi üçün edilən müraciətlərin sayı AÇIQLANDI



Dövlət tərəfindən təhsil haqlarının ödənilməsi üçün e-telebe sistemi üzərindən müraciət edən şəxslərin sayı açıqlanıb.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az elektron portalına 46 947 nəfər müraciət edib. Onlardan 34 035 nəfəri ali, 10 883 nəfəri orta ixtisas, 2 029 nəfəri isə peşə təhsili müəssisələrində təhsil alır.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yerli təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. Bu məqsədlə 14 milyon manat ayrılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA