sedanews.az
sedanews.az

“Könüllülərin Zəfəri” layihəsinə start verilir

21-10-2021, 14:33 304 dəfə baxılıb

                “Könüllülərin Zəfəri” layihəsinə start verilir
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkil etdiyi qrant müsabiqəsi çərçivəsində Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən “Könüllülərin Zəfəri” layihəsinə start verilir.
Qurumdan verilən məlumata görə, layihənin icrasının başlıca məqsədi gənclərin könüllülüyə olan marağını daha da artırmaq, milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrə dəstək olmaqdan ibarətdir.
Layihə müddətində seçilmiş 30 nəfərə yaxın gəncin iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur ki, bu görüşlərdə ekspertlərlə yanaşı könüllü olaraq Vətən müharibəsinə qatılan igidlərimizin də iştirakı planlaşdırılır.
2021-ci ilin noyabr-dekabr tarixləri arasında keçiriləcək görüşlər zamanı könüllü olaraq döyüşlərdə iştirak edən Vətən müharibəsi iştirakçılarının, həmçinin Milli Qəhrəmanların və ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması məqsədilə iştirakçılara geniş məlumat veriləcəkdir.
44 günlük Vətən müharibəsində igidlik göstərmiş Vətən müharibəsi qəhrəmanlarının getdikləri şərəfli yolun araşdırılması məqsədilə könüllülərlə birgə fəaliyyət təşkil ediləcək. Könüllülərin ümumi topladıqları məlumatlar vahid informasiya bazasında cəmlənəcək. Nəticə etibarı ilə qəhrəmanlarımızın keçdiyi şərəfli yol könüllülərimiz vasitəsilə daha geniş auditoriyaya çatdırılacaq.
Layihənin sonunda könüllülərin iştirakı ilə qızıl hərflərlə tarixin yazıldığı an qısa musiqili klip şəklində gənclərə aşılanacaqdır.
İştirak üçün müraciət:
16-29 yaş arası şəxslər layihədə iştirak üçün müraciət hüququna malikdir. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaqlar.
İştirak üçün müraciət etmək istəyənlər 30 oktyabr 2021-ci il tarixinə qədər aşağıdakı ərizə formasını tam dolduraraq müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA