sedanews.az
sedanews.az

Ələt-Astara dəmir yolu nə vaxt işə düşəcək? - Rəsmi cavab

Bugün, 10:20 75 dəfə baxılıb


Bu il Ələt-Astara dəmir yolunun layihələndirilməsi üzrə işlərin aparılması nəzərdə tutulur.
Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev deyib.
O qeyd edib ki, 2024-cü ildə bu istiqamətdə bir sıra işlər görülüb.
"Belə ki, Ələt-Astara dəmiryol xətti üzrə elektrik təchizatı və rabitə-işarəvermə sistemlərinin konseptual layihələndirmə işləri başa çatdırılıb. Bundan başqa, Qasımlı-Liman mənzilinin 131 km-də yerləşən körpünün tikinti-quraşdırma işləri yekunlaşıb. Hazırda test işləri aparılır. 2025-ci ildə də müavfiq işlər davam etdiriləcək", - deyə B.Hacıyev qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planına əsasən, 2024-2026-cı illərdə Ələt−Osmanlı−Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb. Həmçinin, bununla bağlı 2026-ci ildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA