Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri işləməyəcək
8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri - iş günü olacaq.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN) məlumat verilib.
Məlumata görə, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.