"Azərişıq"ASC-nin elektron xidmətlərinə daha bir yenilik əlavə edilib.
REAL ASC-yə istinadən xəbər verir ki, tətbiq edilən yeni xidmətlərlə artıq abonentlər evdən çıxmadan elektron hökumət üzərindən online qaydada abonent kodunun addan ada keçirilməsini həyata keçirə biləcək.
Üstəlik bu xidmət əvvəl aidiyyəti üzrə ödənişli həyata keçirildiyi halda, bu gün online qaydada ödənişsiz həyata keçiriləcək.
"Azərişıq"ASC-nin İnformasiya Texnologiyalar Departamentin direktor müavini Vüsal İsayev abonentlərin yeni xidmətlərdən hansı şəkildə faydalana biləcəkləri barədə məlumat verib:
"Yeni elektron xidmətlərə əhali abonentlərinin geniş tarixçənin verilməsi, əhali və qeyri-əhali abonentlərində sayğac zədələnməsi ilə elektron qaydada müraciət etmək funksiyası aktivləşdirilib.
Eyni zamanda xarici və yerli investorların "Azərişıq" ASC-nin elektrik şəbəkəsinə qoşulması ilə bağlı müraciətlərini ASAN xidmət mərkəzlərinə və ASAN Kommunal mərkəzlərinə getmədən online qaydada müraciət edə biləcəklər. Sayğac qoyulana qədər investorların qurum əməkdaşları ilə heç bir təması olmayacaq".
Bununla yanaşı müraciətlər, müraciətə baxılma müddəti və digər bütün detallar elektron hökumət portalı üzərində "Azərişıq" ASC-nin bazasında qalacaq.
Qeyd edək ki, ASAN Kommunal üzərindən artıq "Azərişıq" ASC öz abonentlərinə
19 elektron xidmət təqdim edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.