sedanews.az
sedanews.az

Nazirlik pensiya və müavinətlərlə bağlı məlumat yaydı

27-03-2025, 11:36

Son altı ildə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib.
sedanevs.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 2019-cu ilin əvvəlindən bu ilin martın 1-dək həmin sosial təminat növləri üzrə 900 minədək (o cümlədən pensiya üzrə 147 min, müavinət və təqaüdlər üzrə 750 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.
Xatırladaq ki, nazirlik 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA