sedanews.az
sedanews.az

Bu il yeni qayda ilə pensiya təyinatı aparılanların sayı AÇIQLANDI - FOTO

23-07-2021, 15:23 43 dəfə baxılıb

Bu il yeni qayda ilə pensiya təyinatı aparılanların sayı AÇIQLANDI - FOTOBu il yeni qayda ilə pensiya təyinatı aparılanların sayı AÇIQLANDI - FOTOƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin yanvar-iyun aylarında 71,3 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb.
Onlardan 14,8 mini pensiya, 56,5 mini müavinət və təqaüd təyinatları olub.
Nəticədə həmin sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə həmin sosial ödənişlər təyin edilib.
2019-cu ilin əvvəlindən pensiyaların və sonra müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Cari ilin 1 iyul tarixinədək həmin sosial təminat növləri üzrə 40,4 mini pensiyalar olmaqla, ümumilikdə 197,8 min təyinat e-qaydada həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA