Dövlət Sosial Müdafiə Fonduna yeni sədr TƏYİN EDİLDİ
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinə yeni sədr təyin edilib.
sedanevs.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.
Əmrə əsasən Zəka Aqil oğlu Mirzəyev sözügedən vəzifəyə gətirilib.
Zəka Mirzəyev 1978-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə aspiranturasını bitirib.
2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi işləyib. 2003-2004-cü illərdə hərbi xidmətdə olub.
2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb.
2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.
Qeyd edək ki, DSMF-nin bundan əvvəli sədri Himalay Məmişov maliyyə nazirinin müavini təyin edilib.