Quba-Xınalıq yolu bağlanıb
Quba-Xınalıq yolu bağlanıb.
sedanevs.az APA-ya istinadən xəbər verir ki, güclü qar yağması səbəbindən 35-36-cı kilometrdən başlayaraq yolda hərəkət məhdudlaşıb. Eyni zamanda yola müxtəlif yerlərdə qaya və daş parçaları tökülüb.
5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda yolun açılması istiqamətində tədbirlər görülür.