sedanews.az
sedanews.az

Qəbul imtahanlarına qeydiyyat bitdi: ən çox abituriyent bu qrupdadır - STATİSTİKA

2-05-2025, 10:58


I, II, III və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər qeydiyyat başa çatıb.

sedanevs.az qeydiyyatdan keçənlərin statistikasını təqdim edir:
I ixtisas qrupu: 31137 nəfər;
II ixtisas qrupu: 25957 nəfər;
III ixtisas qrupu: 28270 nəfər;
IV ixtisas qrupu: 6522 nəfər.


Statistika göstərir ki, ötən illə müqayisədə bu il bütün qruplar üzrə abituriyentlərin sayı xeyli artıb. Statistikada liderlərik I qrupa məxsusdur. Son illər həmişə öndə gedən III qrup artıq ikinci sıraya düşüb.

2024-cü ilin statistikası aşağıdakı kimi olub:

I ixtisas qrupu: 30150 nəfər;
II ixtisas qrupu: 23957 nəfər;
III ixtisas qrupu: 25146 nəfər;
IV ixtisas qrupu: 5929 nəfər.

Təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 130569 nəfər elektron ərizə qəbulunda iştirak edib.
Onlardan 91886 nəfər I,II,III və IV ixtisas qrupları üzrə I cəhd blok imtahanında qeydiyyat keçib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA